AQSİA iki övladı ilə tərk edilmiş gənc anaya dəstək oldu
November 22, 2025AQSİA sədri Səkinə Babayeva doğum günündə cəbhəyanı bölgədə səfərdə olub
November 22, 2025Qadın sahibkarlığının inkişafı və sənaye sahəsində əməkdaşlıq müzakirə olunub


27 oktyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 11:30-da Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) rəhbərliyi, ASK Biznes Konsaltinq və müvafiq komissiya üzvlərinin rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşün əsas məqsədi Palata ilə ASK arasında əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etmək və qarşılıqlı əməkdaşlığı canlandırmaq olub.
Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva də iştirak edib. S.Babayeva çıxışında ilk olaraq Qarabağ münaqişəsinə diqqət çəkib və hər iki ölkə arasındakı qardaşlıq münasibətləri, eləcə də Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
O, həmçinin Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qadın sahibkarlığının inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb və yan tekstil sənayesinin inkişafına dair bir sıra təkliflərini təqdim edib.

