AQSİA və Çin Qadın Sahibkarlar Assosiasiyası əməkdaşlıq imkanlarını müzakirə edib
June 5, 2026“Xidmət sektorunda biznesin idarə edilməsi” mövzusunda Tea Talk tədbiri keçirilib
June 5, 2026“Sahibkarlar Günü” münasibətilə Bank of Baku-nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)-nın tərəfdaşlığı ilə qadın sahibkarlar üçün “Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri” mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığının artırılması, bizneslərin daha effektiv idarə olunması və dayanıqlı inkişafın dəstəklənməsi olub. Tədbir çərçivəsində iştirakçılara biznesin maliyyə idarəçiliyi, artım strategiyaları və praktik yanaşmalar barədə ətraflı məlumat verilib.
Təlim zamanı maliyyə hesabatlarının düzgün hazırlanması, nağd pul axınının idarə olunması, eləcə də biznes və şəxsi maliyyənin ayrılması kimi vacib mövzular geniş şəkildə izah edilib. Təlimin ikinci hissəsində isə müasir investisiya alətləri — kriptovalyuta, əmanətlər və istiqrazlar haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv formatda keçirilən təlim iştirakçılara həm yeni biliklər əldə etmək, həm də real təcrübələr əsasında fikir mübadiləsi aparmaq imkanı yaradıb. Görüş çərçivəsində iştirakçılar maliyyə yanaşmalarını təkmilləşdirmək və öz bizneslərini daha sağlam əsaslarla inkişaf etdirmək imkanı qazanıblar.
Bank of Baku və AQSİA qadın sahibkarlığının inkişafına dəstək göstərərək bu kimi təşəbbüslərlə onların iqtisadi fəallığının artırılmasına töhfə verməyə davam edir.
On the occasion of Entrepreneurs’ Day, a training session titled “Pragmatic Finance: Growth Models for Women Entrepreneurs” was organized by Bank of Baku in partnership with the Azerbaijan Association for the Development of Women’s Entrepreneurship (AQSIA) for women entrepreneurs.
The main objective of the training was to enhance financial literacy among women entrepreneurs, support effective business management, and promote sustainable business development. Within the event, participants were provided with comprehensive information on business financial management, growth strategies, and practical approaches to entrepreneurship.
During the training, key topics such as the proper preparation of financial statements, cash flow management, and the separation of business and personal finances were thoroughly explained. The second part of the session focused on modern investment instruments, including cryptocurrencies, savings, and bonds, which attracted significant attention from participants.
The interactive format of the training allowed participants to gain new knowledge while also exchanging practical experiences and insights. The session provided valuable opportunities for attendees to improve their financial approaches and strengthen the foundations of their businesses.
Bank of Baku and AQSIA continue to support the development of women’s entrepreneurship through initiatives aimed at increasing women’s economic participation and fostering long-term business growth.







