“Sahibkarlar Günü” münasibətilə qadın sahibkarlar üçün maliyyə savadlılığı təlimi keçirilib
June 5, 2026Çexiya–Azərbaycan qadın sahibkarlığı əməkdaşlığı genişlənir
June 5, 2026Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Xidmət sektorunda biznesin idarə edilməsi” mövzusunda Tea Talk formatında tədbir keçirilib.
Tədbirdə satış üzrə ekspert Sarvan Aslanov təlimçi qismində iştirak edərək qadın sahibkarlara xidmət sektorunda biznesin idarə olunması və satış bacarıqlarının inkişafı ilə bağlı mühüm bilik və təcrübələrini bölüşüb.
Görüşün əsas məqsədi xidmət sektorunda fəaliyyət göstərən sahibkarların və bu sahəyə maraq göstərən şəxslərin satış bacarıqlarının gücləndirilməsi, biznes idarəçiliyinə daha effektiv yanaşmaların təqdim edilməsi olub.
İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılarla satışın gizli strategiyaları, marketinq və satış balansı, müştəri etibarının formalaşdırılması, “satış etmədən satış” texnikaları, düzgün qiymət strategiyasının seçilməsi və sosial medianın real satışa çevrilməsi kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
Eyni zamanda xidmət sektorunda ən çox rast gəlinən idarəetmə səhvləri real nümunələr əsasında təhlil olunub, iştirakçılarla açıq fikir mübadiləsi aparılaraq praktiki həll yolları təqdim edilib.
AQSİA bu kimi təşəbbüslərlə qadın sahibkarların və ümumilikdə biznes subyektlərinin inkişafına dəstək göstərməyə davam edir.
A Tea Talk event on the topic “Business Management in the Service Sector” was organized by the Azerbaijan Association for the Development of Women’s Entrepreneurship (AQSIA).
Sales expert Sarvan Aslanov participated as a trainer, sharing valuable insights and practical experience with women entrepreneurs on effective business management and the development of sales skills in the service sector.
The main objective of the event was to enhance the sales skills of entrepreneurs operating in the service sector and those interested in this field, as well as to provide more effective approaches to business management.
During the interactive training session, participants discussed key topics such as hidden sales strategies, the balance between marketing and sales, building customer trust, “selling without selling” techniques, selecting the right pricing strategy, and turning social media into real sales.
In addition, common management mistakes in the service sector were analyzed based on real-life examples, followed by open discussions and the sharing of practical solutions with participants.
AQSIA continues to support the development of women entrepreneurs and business entities through such initiatives aimed at strengthening entrepreneurial skills and promoting sustainable business growth.




