“Xidmət sektorunda biznesin idarə edilməsi” mövzusunda Tea Talk tədbiri keçirilib
June 5, 2026Çexiya və Moraviya Qadın Sahibkarlar və Menecerlər Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrej Babiš iştirakı ilə baş tutub.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çexiyanın Sənaye və Ticarət Nazirliyinin dəstəyi, eləcə də AZPROMO və Çexiyanın Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkədən dövlət rəsmiləri və müxtəlif sahələri təmsil edən şirkət nümayəndələri iştirak ediblər.
Forumda çıxış edən Mikayıl Cabbarov Azərbaycan–Çexiya iqtisadi əlaqələrinin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, tərəfdaşlığın gücləndirilməsində Birgə Komissiya mühüm institusional platforma rolunu oynayır və Çexiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.
Çexiyanın Baş nazirinin birinci müavini və sənaye və ticarət naziri Karel Havlíček isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Memorandum qadın sahibkarlığının inkişafı, təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
A Memorandum of Cooperation has been signed between the Association of Women Entrepreneurs and Managers of Czechia and Moravia and the Azerbaijan Association for the Development of Women’s Entrepreneurship (AQSIA).
The Azerbaijan–Czech business forum held in Gabala took place with the participation of the President of Azerbaijan Ilham Aliyev and the Prime Minister of the Czech Republic Andrej Babiš.
The forum, organized with the support of the Ministry of Economy of Azerbaijan and the Ministry of Industry and Trade of the Czech Republic, as well as AZPROMO and the Czech Confederation of Industry, brought together government officials and company representatives from sectors including trade, energy, industry, construction, finance, transport and logistics, ICT, and services.
Azerbaijan’s Minister of Economy Mikayıl Cabbarov highlighted that economic relations between Azerbaijan and the Czech Republic are developing on the basis of mutual trust and shared priorities, noting the importance of the Joint Commission as an institutional mechanism.
The First Deputy Prime Minister and Minister of Industry and Trade of the Czech Republic Karel Havlíček emphasized the strong potential for further strengthening economic partnership between the two countries.
The signed Memorandum is expected to contribute to the development of women entrepreneurship, exchange of experience, implementation of joint initiatives, and strengthening international cooperation.







