AQSİA qazilərə dəstəyini davam etdirir
November 21, 2025Bakıdakı beynəlxalq forum: Qadın sahibkarlığının inkişafı müzakirə olundu
November 21, 2025Qadın istehsalçılar məhsullarını Bakıdakı festivalda təqdim etdilər


21-23 iyun tarixlərində Dənizkənarı Milli Parkda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin dəstəyi və “Proaktiv” şirkətinin təşkilatçılığı ilə Orqanik Qida Festivalı keçirildi.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) da tədbirdə iştirak edərək stendində rayon və kəndlərdən olan qadın qida istehsalçılarının məhsullarını təqdim etdi. Stenddə iştirak edənlər arasında:
- Tovuzdan “Buta Şirniyyat”,
- Masallıdan ət və sosis məhsulları,
- Lənkərandan sitrus məhsullar,
- Daşkəsəndən isə bal çeşidləri və müxtəlif əl işləri
yer almışdır.
Festivalda Gəncə-Qazax iqtisadi rayonunu təmsil edən qadınlar AQSİA və GİZ təşkilatlarının birgə həyata keçirdiyi “Qadınların iqtisadi və sosial həyatda iştirakı” layihəsinin iştirakçıları olaraq iştirak etdilər.
Üç gün davam edən tədbirdə AQSİA xanımlarının məhsulları festival iştirakçılarının böyük marağına səbəb olmuş və stendə xüsusi enerji qatmışdır.
Stendin qurulmasında və yüklərin daşınmasında göstərilən dəstəyə görə “166” Yük Taksisi şirkətinə təşəkkürlərimizi bildiririk.

