Binəqədi rayonunda “Nəsimi Dünyası” tədbiri keçirilib
November 21, 2025AQSİA Orqanik Qida Festivalında qadın sahibkarları təmsil etdi
November 21, 2025İsmayılov Məftun Əzim oğlu AQSİA-nın göstərdiyi köməklikdən minnətdarlığını bildirib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) hər zaman vətəninə və vətəndaşlarına dəstək olmağa hazırdır. Gənc qazimiz İsmayılov Məftun Əzim oğlu AQSİA-nın yardımlarını belə xatırlayır:
“Mən, İsmayılov Məftun, 17 aprel 1995-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində anadan olmuşam. 2015-ci ildə hərbi xidmətə çağırıldım və 2016-cı ilin aprel ayında Aprel döyüşlərində yaralandım. Hərbi döyüş zamanı düşmən tərəfindən atılan bomba nəticəsində ağır xəsarət aldım və reanimasiyada müalicə olundum.
Müalicə və sənədləşmə prosesində AQSİA-dan Cəmilə Abdullayeva mənə böyük dəstək göstərdi. Hərbi hissəyə gedərək hərbi bilet və sənədlərimdə məlumatların düzgün qeyd olunmasına kömək etdi və təşəkkür məktubumu təqdim etməkdə də mənə yardım etdi.
Bütün AQSİA heyətinə təşəkkürümü bildirirəm. Siz gənclərə və qazilərə dəstək olaraq böyük iş görürsünüz. Allah bütün əsgərlərimizi qorusun və vətənimizin keşiyində möhkəm dayansınlar.”
Bu hadisə AQSİA-nın vətənpərvərlik və sosial məsuliyyət prinsiplərinə sadiqliyini bir daha göstərir.

