AQSİA Orqanik Qida Festivalında qadın sahibkarları təmsil etdi
November 21, 2025Peşəkar qadınlar üçün səmərəli netvorkinq bacarıqları üzrə təlim keçirilmişdir
November 21, 2025AQSİA və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə forum təşkil etdi
İyunun 21-də Bakıda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda beynəlxalq forum keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə açılıb və sahibkar qadınların fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Forumda çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva dövlətin sahibkarlığa, xüsusən də qadın sahibkarlığa göstərdiyi xüsusi diqqəti vurğulayıb. O, 20-ci əsrin əvvəllərindən etibarən qadın sahibkarlığın tarixi inkişafını, həmçinin qadın təşkilatlarının fəaliyyətini qeyd edib və AQSİA-nın bu yolda davam etdiyini bildirib.
Tədbir çərçivəsində KAGİDER ilə AQSİA arasında əməkdaşlıq memorandumunun imzalandığı da diqqətə çatdırılıb.



