Bakıdakı beynəlxalq forum: Qadın sahibkarlığının inkişafı müzakirə olundu
November 21, 2025Azərbaycan qadınlarının maariflənməsi və sahibkarlıq ənənələrinin davamı
November 21, 2025AQSİA və GİZ birgə təlim təşkil edib


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və GİZ (Alman Təşkilatı) birgə təşkilatçılığı ilə Holiday Inn otelində “Peşəkar Qadınlar üçün Səmərəli Netvorkinq Bacarıqları” adlı təlim baş tutub.
Təlimdə 16 qadın iştirak edib və proqram 4 hissədən ibarət olub. Təlimin əsas məqsədi xanımların müxtəlif netvorkinq tədbirlərində daha məlumatlı və inamlı olmalarını təmin etmək, şifahi və qeyri-şifahi ünsiyyətin əhəmiyyətini anlamaq, eləcə də ünsiyyət üslubu, emosional zəka və aktiv dinləmənin netvorkinq bacarıqlarına təsirini artırmaq olub.
Təlim ADA Universitetinin əməkdaşı Aygün Hacıyeva tərəfindən keçirilib və iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.

