Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sahibkarlarla görüş keçirilib
November 12, 2025AQSİA sədri Səkinə Babayeva Gürcüstan nümayəndələri ilə görüş keçirib
November 12, 2025Tədbirdə klub üzvləri, iş adamları və diplomatik korpusun nümayəndələri iştirak ediblər
2018-ci il may ayının 15-də Caspian European Club-a üzv şirkətlərin top-menecerlərinin iştirakı ilə Hyatt Meeting & Conference Centre-də növbəti CEO Lunch tədbiri keçirilib.
Tədbirdə Caspian European Club-un üzvləri ilə yanaşı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri xanım Səkinə Babayeva da iştirak edib. Görüş işgüzar dairələrin nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni biznes təşəbbüslərinin və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.
CEO Lunch-ın Bakıda keçirilən bu toplantısında fəxri qonaq qismində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral iştirak edib.
Tədbir zamanı iqtisadi əməkdaşlıq, regional biznes əlaqələri, ixrac və investisiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Qonaqlar Caspian European Club-un təşəbbüslərini yüksək qiymətləndirib və belə görüşlərin sahibkarlar arasında tərəfdaşlığın inkişafına töhfə verdiyini vurğulayıblar.



