Caspian European Club-un növbəti CEO Lunch tədbiri keçirilib
November 12, 2025“Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib
November 12, 2025Görüşdə qadın sahibkarlığının inkişafı istiqamətində regional əməkdaşlıq imkanları müzakirə olunub
06 may 2018-ci il tarixində “SKY WAY Capital” şirkətinin Gürcüstan və Azərbaycan üzrə regional kuratoru Davit Kapanadze və “Gürcüstanın Sahibkar Qadınları” İctimai Birliyinin prezidenti Mzia Kereselidze Bakıya rəsmi səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə xanım Babayeva ilə görüşüblər. Görüş zamanı qadın sahibkarlığının inkişafı, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin təşkili məsələləri müzakirə olunub.
Səkinə Babayeva yaxın gələcəkdə qadın sahibkarlığının dəstəklənməsi və regionda birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə əməkdaşlığa dəvət edib.
Tərəflər qeyd ediblər ki, qadın sahibkarların birgə təşəbbüsləri regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək.



