AQSİA media nümayəndələri ilə görüş keçirib
November 12, 2025Caspian European Club-un növbəti CEO Lunch tədbiri keçirilib
November 12, 2025Görüşdə sahibkar təşkilatları, ixracatçılar və ticarət palataları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ölkəmizdə fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, ticarət palatalarının, istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı əmək bazarının inkişafı, sahibkarların sosial məsuliyyətinin artırılması, məşğulluğun təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə sahibkarlarla dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, sosial-iqtisadi islahatların həyata keçirilməsində özəl sektorun daha fəal iştirakının vacibliyi vurğulanıb.
Həmçinin görüşdə əmək münasibətlərinin şəffaflaşdırılması, yeni məşğulluq mexanizmlərinin tətbiqi və sahibkarlığın sosial tərəfdaşlıq çərçivəsində dəstəklənməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbir iştirakçıları belə görüşlərin dövlət-özəl sektor əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.



