Neftçalada qadın biznesi və iqtisadi zorakılığın qarşısının alınması mövzusunda tədbir keçirilib
November 12, 2025“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” konfransı keçirilib
November 12, 2025Görüşdə uşaqların və gənclərin gələcəkdə sahibkarlıq və iş imkanlarının artırılması planlaşdırılıb
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası (AQSİA) SOS Uşaq Kəndi ilə əməkdaşlıq məqsədilə görüş keçirib. Tədbirdə SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, AQSİA-nın icraçı direktoru Təranə Cəfərova, AQSİA-nın Sosial İş Departamentinin rəhbəri Gülnarə Xəlilova, “Loqos” QHT-nin şöbə rəhbərləri Leyla Kərimova və Günel Axundova iştirak ediblər.
Görüş çərçivəsində SOS Uşaq Kəndi proqramı və AQSİA ilə qurulacaq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Hər iki tərəf uşaqların və gənclərin gələcək həyatlarında sahibkarlıq biliklərinin artırılması və onların işlə təmin olunması məsələlərini müzakirə edib.
AQSİA-nın icraçı direktoru Təranə Cəfərova Assosiasiyanın fəaliyyəti barədə geniş məlumat verib, Sosial İş Departamentinin rəhbəri Gülnarə Xəlilova isə həyata keçiriləcək layihələr haqqında təqdimat edib. SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, layihələrin hər iki tərəf üçün faydalı olacağını bildirib.



