Şəmkirdə qadın sahibkarlar üçün təlimlər keçirilib
November 12, 2025Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası SOS Uşaq Kəndi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
November 12, 2025Qadın Resurs Mərkəzində İqtisadi zorakılığa qarşı tədbir və biznes inkubatorlarının yaradılması


2 noyabr 2018-ci il tarixində Neftçala rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qadın Resurs Mərkəzində tədbir təşkil olunub. Tədbirin əsas mövzusu iqtisadi zorakılığın qarşısının alınması və qadın biznes inkubatorlarının yaradılması olub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova, Azərbaycan Qadın Sahibkarların İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, eləcə də BMT-nin İnkişaf Proqramının layihə rəhbərləri Nadir Quluzadə və Gülarə Hümbətova iştirak etmişdir.

