Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası SOS Uşaq Kəndi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
November 12, 2025AQSİA və Fransada Azərbaycanın Dostları Assosiasiyası arasında tanışlıq görüşü keçirilib
November 12, 2025Konfrans qadın sahibkarların inkişafına dəstək və yeni imkanların yaradılmasına həsr olunub
12-18 noyabr tarixlərində “Sahibkarlığın İnkişafı” həftəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 15 noyabr tarixində “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” adlı konfrans təşkil edib. Tədbir AQSİA-nın təşəbbüsü ilə həyata keçirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Turan Bank, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Bakı Tekstil Fabrikinin maddi dəstəyi ilə reallaşıb.
Konfransın əsas məqsədi qadın sahibkarların inkişafına dəstək vermək və onların qarşısında yeni imkanlar yaratmaq olub.
Tədbirin birinci hissəsində çıxış edənlər arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Milli Məclisin İqtisadi-siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri müavini İlqar Poladov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev, GİZ SLRF Layihə Rəhbəri Gülnarə Məmmədova, Dağıstan Respublikası Qadınlar Cəmiyyətinin sədri İntizar Mamutayeva və Gürcüstan İşgüzar Qadınlar Birliyinin sədri Mzii Kereselidce iştirak edib.
Konfransın ikinci hissəsində “Sahibkarlıqda qadınlar: biznes və ailə öhdəliklərini necə balanslaşdırmaq olar?” mövzusunda müzakirələr aparılıb və İnvestorlarla Mentor Saatı baş tutub. Eyni zamanda, tədbir çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü “Göz nuru, Əl əməyi” sərgisi təşkil olunub.



