AQSİA Üzvləri Məlhəm Beynəlxalq Hospitalı Ziyarət Edib
February 18, 2026Qadın Sahibkarlar Üçün Növbəti Tea Talk Görüşü
March 9, 2026Bakı Biznes Universitetində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) təşəbbüsü və universitetin dəstəyi ilə “Tələbə xanımlar üçün sahibkarlıq və karyera imkanları” mövzusunda görüş keçirilib.
Tədbirin əsas məqsədi ali təhsil alan xanım tələbələrin sahibkarlıq və əmək bazarı imkanları ilə tanış olması, qadın sahibkarların praktiki təcrübələrinin paylaşılması və gənc xanımların təşəbbüskarlıq bacarıqlarının inkişafına dəstək göstərmək olub.
Açılış nitqlərini Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov və #AQSİA İH sədri Səkinə Babayeva söyləyiblər. Daha sonra #AQSİA Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Günay Həsənli assosiasiyanın fəaliyyəti və layihələri barədə iştirakçılara məlumat verib.
Görüşdə spikerlər öz sahələri üzrə təcrübələrini bölüşüblər:
- Lamiyə Xəlilova – #WILAT Azerbaijan İdarə Heyətinin sədri, gənclərdə sahibkarlığın təşviqi mövzusunda çıxış edib;
- Sevda Əlizadə – “#Məlhəm” Beynəlxalq Hospitalının direktoru, brendin uğur hekayəsini təqdim edib;
- Rübabə Mürşüdova – “#Qranit QP” MMC-nin təsisçisi, qadınlar üçün ənənəvi olmayan sahədə biznes qurmaq təcrübəsini paylaşmışdır;
- Aidə Qasımova – təşkilati məsləhətçi və icraçı kouç, gənclərdə biznes psixologiyası və şəxsi inkişaf mövzusunda çıxış edib.
Görüş sual–cavab və açıq müzakirə sessiyası ilə davam edib, tələbələrin sualları spikerlər tərəfindən cavablandırılıb. Tədbir xatirə fotosu və yekun təşəkkür nitqləri ilə başa çatıb.
Bu təşəbbüs ali təhsil müəssisələri ilə qadın sahibkarlıq ekosistemi arasında əməkdaşlığı gücləndirir və gənc xanımların sosial-iqtisadi fəallığını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.







