“Gələcəyini Quran Xanımlar: Sahibkarlıq və Karyera Yolunda İlk Addımlar”
February 18, 2026AQSİA-nın Təşkilatçılığı ilə Növbəti Korporativ Səhər Yeməyi
March 9, 2026Səhiyyə Sektorunda Biznesin İdarə Edilməsi
Qadın sahibkarlar üçün növbəti Tea Talk görüşümüz baş tutdu. AQSİA-nın təşkilatçılığı və Yelo Bankın təşəbbüsü ilə keçirilən bu dəfəki Tea Talk-da mövzumuz səhiyyə sektorunda biznesin idarə edilməsi idi. Görüşümüz TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri, dəyərli spikerimiz Nigar Rüstəmlinin iştirakı ilə keçirilib.
Səhiyyə sahəsində fəaliyyət göstərən xanım sahibkarlar real təcrübələrini paylaşdı, idarəetmənin əsas məğzi, prioritetlər və qarşılaşılan çətinliklər ətrafında səmimi müzakirələr aparıldı. Bu görüş bir çoxumuz üçün yeni baxış bucaqları və ilhamverici məqamlarla yadda qaldı.
Hər ay davamlı olaraq keçirilən Tea Talk görüşlərinin əsas məqsədi qadın sahibkarların sektoral maarifləndirilməsi, bilik və bacarıqlarının inkişafına töhfə verməkdir. Dəyərli təcrübələri ilə bizdə bir qığılcım yaradan Nigar xanıma, eləcə də bu təşəbbüsə dəstək olan Yelo Banka təşəkkür edirik.
Our next Tea Talk meeting for women entrepreneurs has taken place. Organized by AQSIA and initiated by Yelo Bank, this session focused on business management in the healthcare sector. Our meeting featured esteemed speaker Nigar Rustamli, head of the Corporate Cooperation and Medical Tourism Department at TƏBİB.
Women entrepreneurs in the healthcare field shared their real experiences, engaging in sincere discussions around core management concepts, priorities, and the challenges faced. This meeting left many of us with new perspectives and inspiring moments.
The primary goal of the monthly recurring Tea Talk meetings is to contribute to the sectoral education of women entrepreneurs and the development of their knowledge and skills. We thank Nigar for igniting a spark in us with her valuable experiences, as well as Yelo Bank for supporting this initiative.







