Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi tədbir keçirilib
February 18, 2026Səkinə Babayeva “İnnovasiyada Qadın” Proqramının 9-cu Sahibkarlıq Düşərgəsində münsif qismində iştirak edib
February 18, 20262025-ci il 23–25 oktyabr tarixlərində Paşa Events-in təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)-nın təşkilati dəstəyi ilə Qafqazda və Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi keçirilib.
Üç gün davam edən unikal tədbir toy və ailə sənayesi sahəsində fəaliyyət göstərən 100-dən artıq yerli və beynəlxalq şirkəti bir araya gətirib. Sərginin əsas məqsədi müvafiq sektorda fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, ailə dəyərlərinin və milli adət-ənənələrin təşviqi, eləcə də qadın sahibkarların bu sahədə rolunun gücləndirilməsi olub.
Sərgidə gözəllik salonları, gəlinlik markaları, dekorasiya şirkətləri, zərgərlik məhsulları istehsalçıları, avtomobil nümayəndəlikləri, foto və video studiyalar, həmçinin ailə ilə bağlı müxtəlif xidmətlər təqdim edən şirkətlər öz stendlərini nümayiş etdiriblər.
Rəsmi açılış mərasimi milli adət-ənənələri əks etdirən musiqi sədaları ilə başlayıb. Çıxış edənlər bu cür sərgilərin milli dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və sahibkarlar arasında işgüzar əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Açılış mərasimində bir sıra dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin rəsmi qonaqları arasında Elxan Paşayev, Səkinə Babayeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nümayəndəsi Ülkər Əlizadə, ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Milli Məclisin deputatları Şahin Seyidzadə və İlham Məmmədov yer alıblar.
Rəsmi çıxışlardan sonra dövlət rəsmiləri və təşkilat nümayəndələri sərgidə iştirak edən şirkətlərin stendləri ilə yaxından tanış olublar.













