“Türk dünyasında qadın gücü” Forumu çərçivəsində möhtəşəm Gala Gecə təşkil olunub
February 18, 2026Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi keçirilib
February 18, 2026Bakıda Malayziyanın Azərbaycandakı səfirliyi tərəfindən Malayziyanın Milli Günü münasibətilə rəsmi tədbir təşkil olunub. Tədbir Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza iki ölkə arasında inkişaf edən ictimai, siyasi, iqtisadi və mədəni əlaqələrdən bəhs edib. Səfir Azərbaycan ilə Malayziya arasında gələcək layihələr çərçivəsində birgə əməkdaşlığın önəmini xüsusi vurğulayıb.
Tədbirin fəxri qonağı, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı Malayziyanın Azərbaycanla dostluq münasibətlərindən danışaraq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Nazir çıxışını “Dost Malayziya xalqını Malayziyanın Milli Günü münasibətilə təbrik edirəm” sözləri ilə yekunlaşdırıb.
Tədbirdə həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)-nın İdarə Heyətinin sədri Səkinə Babayeva iştirak edib.
Rəsmi hissədən sonra qonaqlara Malayziyanın milli geyimləri və mətbəx nümunələri təqdim olunub. Tədbir Malayziya musiqisinin sədaları altında milli rəqs ifası ilə davam edib.
Qeyd edək ki, mərasimdə Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza, fəxri qonaq qismində Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Milli Məclisinin üzvləri və ictimai-siyasi xadimlər iştirak ediblər.







