Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi keçirilmişdir
November 28, 2025Səkinə Babayeva “İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi – 2025”də iştirak edib
November 28, 2025Azərbaycan qadın sahibkarları Türkiyə ilə əməkdaşlıq və innovasiya sahəsində təcrübə mübadiləsi aparır
31 oktyabr 2025-ci il tarixində İstanbul İnkişaf Agentliyinin (#İSTKA) dəstəyi ilə Qadın və Demokratiya Vəqfi (#KADEM) tərəfindən həyata keçirilən “İnnovasiyada Qadın” Proqramı – 9-cu #Sahibkarlıq Düşərgəsinin mükafatlandırma mərasimi baş tutub.
Tədbirdə Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, İstanbul valisi Davut Gül, KADEM İdarə Heyətinin sədri Canan Sarı, KADEM Mütevelli Heyətinin sədri Sümeyye Erdoğan Bayraktar, qadın sahibkarlar və iş dünyasının nümayəndələri iştirak ediblər.
Azərbaycandan tədbirdə AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva münsif heyətinin üzvü qismində iştirak edib. O, qadınların innovativ ideyalarının reallaşmasına və iki ölkə arasında qadın sahibkarlığı sahəsində əməkdaşlığın güclənməsinə verdiyi töhfə ilə diqqət çəkib.
Tədbirin açılışında çıxış edən Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır qeyd edib:
“Biz milli və orijinal texnologiyalara əsaslanan, yüksək dəyərli və dayanıqlı istehsalı önə çəkən inkişaf modeli ilə güclü Türkiyəni inşa edirik. Elm və texnologiyada qadınların rolu bu inkişaf yolunun ayrılmaz hissəsidir.”
Proqram çərçivəsində 225 müraciət daxil olub, onlardan 87-si ilkin mərhələdən keçərək finala yüksəlib. Enerji və dayanıqlılıq, səhiyyə, təhsil, kənd təsərrüfatı və qida sahələrində texnoloji həllər təklif edən 31 qadın sahibkar final mərhələsində mübarizə aparıb.
Düşərgə müddətində iştirakçılar intensiv təlimlərdə iştirak edərək sahə üzrə təcrübəli mentorlarla birgə layihələrini təkmilləşdirib, #kommersiyalaşma və #strategiya formalaşdırıblar.



