Səkinə Babayeva “İnnovasiyada Qadın” 9-cu Sahibkarlıq Düşərgəsinin mükafatlandırma mərasimində münsif qismində iştirak edib
November 28, 2025Bakıda “Women’s Entrepreneurship Summit 2025” keçirilib
November 28, 2025Azərbaycan qadın sahibkarları İƏT ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində fəal iştirak edir


İslam Əməkdaşlıq Təşkilatının (#İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (İSEDAK) 41-ci Nazirlər Toplantısı çərçivəsində İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi – 2025” uğurla baş tutub.
Zirvədə 20-dən çox ölkənin nümayəndələri iştirak edərək, üzv dövlətlər arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi mühüm mövzuları müzakirə ediblər. Görüş nəticəsində İƏT ölkələri arasında daha sıx iqtisadi inteqrasiyanın və birgə rifahın təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərmək barədə razılıq əldə olunub.
Azərbaycanı tədbirdə Azərbaycan Sahibkarlar (#İşəgötürənlər) Konfederasiyası və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.
Zirvədə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Odalar və Birjalar Birliyinin (#TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, İslam Ticarət və İnkişaf Palatasının prezidenti Abdullah Salih Kamel, #İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casser və digər #beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də iştirak ediblər.

