Səkinə Babayeva “İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi – 2025”də iştirak edib
November 28, 2025Türkiyədə “Təşəbbüskar Qadınlar Gücü” müsabiqəsində #AQSİA üzvləri mükafatlandırılıb
November 28, 2025Sammit qadın sahibkarlığının inkişafına dəstək və yeni liderlərin yetişdirilməsinə yönəlib
19 Noyabr 2025-ci il tarixində Dünya Qadın Sahibkarlığı Günü çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA) və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda “Women’s Entrepreneurship Summit 2025” keçirilmişdir.
Sammitin əsas məqsədi qadın sahibkarlığının rolunu gücləndirmək, yeni nəsil qadın liderlərin formalaşmasına dəstək vermək və qadınların biznes ekosistemində dayanıqlı inkişaf imkanlarını artırmaq olmuşdur.
Tədbirin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, #KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov və şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova çıxış ediblər. AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva isə tədbir iştirakçılarına videomüraciət ünvanlayıb.
Sammit çərçivəsində sahibkarlıqda #innovasiya, #rəqəmsal transformasiya, insan kapitalının inkişafı, #liderlik və #qlobal trendlər mövzularında panel müzakirələr, praktik sessiyalar və şəbəkələşmə imkanları təşkil olunub. İlk panel müzakirədə müxtəlif sektorlardan qadın liderlər öz təcrübələrini bölüşüblər.
Müzakirələrdə qadınların rəhbərlikdə rolu, beynəlxalq əməkdaşlıq imkanları və yeni biznes reallıqları diqqət mərkəzində olub. Həmçinin “#WE Impact Awards 2025” çərçivəsində qadın sahibkarlığının inkişafına töhfə verən şəxslər və təşkilatlar mükafatlandırılıb.
“Biz birlikdə daha güclüyük” şüarı altında keçirilən sammit iştirakçılara geniş şəbəkələşmə imkanı təqdim edib və müxtəlif biznes platformaları arasında yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb.



