Şuşada Türk Biznes Forumu Keçirilib
November 28, 2025Xaçmaz və Quba qadınları biznes idarəçiliyi və maliyyə savadlılığı üzrə təlimdə iştirak ediblər
November 28, 2025Forumda tekstil sənayesi və iki ölkə sahibkarları arasında əməkdaşlıq müzakirə olunub
Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), AZPROMO, KOBİA və Rumıniyada yerləşən Covasna Kommersiya və Sənaye Palatasının təşkilatçılığı ilə reallaşıb.
Forumda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək bildirib ki, bu tədbir Rumıniya və Azərbaycan sahibkarları üçün təşkil olunan ikinci forumdur və bu dəfə diqqət tekstil və tekstil məhsullarının istehsalı və ixracına yönəldilib. O qeyd edib ki, Rumıniya yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır və forum ölkələr arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək. Eyni zamanda Babayeva BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələr icra edən assosiasiyanın bu cür tədbirlərə dəstək göstərdiyini vurğulayıb.
AZPROMO-da prezident vəzifəsini icra edən Yusif Abdullayev qonaqları salamlayaraq idxal və ixrac proseslərinin artırılmasında ölkələrarası tədbirlərin əhəmiyyətini qeyd edib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rumıniya ilə biznes əlaqələrinin genişləndirilməsi və KOBİA-nın yerli və xarici sahibkarlara göstərdiyi dəstək barədə məlumat verib.
Tədbirdə həmçinin Milli Məclisin deputatı Musa Quliyev, Alman-Azərbaycan Ticarət Palatasının nümayəndəsi Fabian Zittlau, Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Rumıniyanın Ticarət və Sənaye Palatasının nümayəndəsi Miklos Csaszar çıxış ediblər.


