İctimai Şura Əmlak Məsələləri Dövlət Xidməti ilə Görüş Keçirdi
November 28, 2025Bakıda Azərbaycan-Rumıniya Biznes Forumu Keçirilib
November 28, 2025Forumda Qarabağ regionunun bərpası, investisiya imkanları və AQSİA-nın yeni əməkdaşlıqları müzakirə olunub
Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi və Qarabağ regionunun iqtisadi potensialının xarici iş adamlarına təqdim olunması olub.
Tədbir çərçivəsində “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.
Forum iştirakçıları həmçinin Şuşa Qalası, Cıdır Düzü, Vaqifin məqbərəsi və Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar.
Qeyd edək ki, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva ötən il Türkdilli Xalqların Qadın Komitəsinin sədri seçilib və forumda qadın sahibkarlığın təşviqi istiqamətində fəaliyyətlərini təqdim edib.


