Bakıda Aqrobiznesin İnkişafı Forumu keçirilir
November 28, 2025Türk Ticarət və Sənaye Palatası Qadın Sahibkarlar Komitəsinin ilk iclası keçirilib
November 28, 2025Forumda üç ölkədən 200-dən çox iş adamı iştirak edib, KOBİA və AZEBİ arasında əməkdaşlıq memorandumu imzalanıb
Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə 6-cı Azərbaycan–Gürcüstan–Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, üç ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 200-dən çox iş adamı iştirak edib.
Forum çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən tərəflər qarşılıqlı sərmayə qoyuluşlarına dəstək göstərilməsi, birgə tədbirlərin təşkili, informasiya və qabaqcıl təcrübə mübadiləsi, eləcə də biznes şəbəkəsinin yaradılması istiqamətlərində əməkdaşlıq edəcəklər.


