Bakıda ilk dəfə Qadın Hüquqşünaslar Forumu keçirildi
November 28, 2025Bakıda 6-cı Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilib
November 28, 2025Forum Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə baş tutub
Bakıda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Aqrobiznesin İnkişafı Forumu keçirilir. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin rəhbər şəxsləri, hər iki nazirliyin tabeli qurumlarının nümayəndələri, FAO-nun Azərbaycan ofisinin və Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin təmsilçiləri, eləcə də Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, bank sektorunun nümayəndələri və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
İki gün davam edəcək forumun əsas məqsədi aqrobiznesin inkişafına töhfə verən tərəfləri bir araya gətirməklə mövcud vəziyyət, beynəlxalq və yerli təcrübə, sahənin inkişaf imkanları barədə müzakirələr aparmaqdır. Tədbir çərçivəsində aqrobiznesə maliyyə dəstəyi mexanizmləri, dövlət güzəştləri və bu imkanlardan daha çox fermer və sahibkarın faydalanması üçün atılmalı vacib addımlar da diqqət mərkəzindədir.



