Xaçmaz və Quba qadınları biznes idarəçiliyi və maliyyə savadlılığı üzrə təlimdə iştirak ediblər
November 28, 2025Heydər Əliyev Mərkəzində Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
November 28, 2025Türk dünyası qadın sahibkarları arasında əməkdaşlıq memorandumu imzalanıb
Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə Türk dünyası xalqları arasında tarixi bağlılığa söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil və idman sahələrində genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub.
Bu ərəfədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva başda olmaqla bir qrup sahibkar xanım Şimali Kipr Türk Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində AQSİA nümayəndə heyəti ölkənin prezidenti Ersin Tatar və digər dövlət rəsmiləri ilə görüşüb.
Səfər zamanı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və Kipr Girişimçi Kadınlar Dərnəyinin (GİKAD) rəhbəri İçim Çağıner Kavuklu əməkdaşlıq memorandumu imzalayıblar. Memorandum iki ölkənin qadın sahibkarları arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və qadın sahibkarların şəbəkələşməsinə təkan verəcək. Babayeva bildirib ki, bu addım həm Azərbaycanda, həm də Şimali Kipr Respublikasında qadın sahibkarlığının inkişafına dəstək rolunu oynayır.
Tədbirlər zamanı AQSİA üzvləri iştirakçılara Qarabağı, Şuşanı və Xarıbülbülü əks etdirən hədiyyələr təqdim edib. Eyni zamanda, Azərbaycanlı professor Aygün Attarın hazırladığı və İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın ön sözünü yazdığı “Qarabağın Zəfəri” kitabı təqdim olunub.
Səkinə Babayeva Şuşa layihəsi və “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” konfransını təbliğ edərək, Şuşa İlində Azərbaycanın milli-mənəvi və etnik əhəmiyyətindən danışıb. Daha sonra Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin xanımı Sibel Tatar başda olmaqla, GİKAD sədri İçim Kavuklu və Kiprli sahibkar qadınlar 25-27 noyabrda Azərbaycanda keçiriləcək layihə və konfransın bağlanış mərasiminə dəvət edilib.
Səfər çərçivəsində həmçinin, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Nigar Ağakişiyeva “Ananın yaylığı” layihəsini təqdim edib. AQSİA üzvlərinin səfəri Prezident İlham Əliyevin Şimali Kipr Prezidenti Ersin Tatarı qəbul etdiyi ərəfəyə təsadüf etməsi isə qadın sahibkarlar üçün həm qürur, həm də böyük məsuliyyət olub.


