AQSİA-nın sahibkar xanımları Şimali Kipr Türk Respublikasında səfərdə olub
November 28, 2025Bakıda əmək mübahisələrinin həllində mediasiya prosesləri mövzusunda ictimai müzakirə keçirilib
November 28, 2025Tədbirdə AQSİA-nın sədri Səkinə Babayeva da iştirak edib
Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir təşkil olunub. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.
Tədbir Mədəniyyət Nazirliyi tərəfindən Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, dünyada 40 milyona yaxın azərbaycanlı yaşayır və onların arasında çox sayda insan ölkəmizi dünya miqyasında təmsil edir. Nazir Reza Deqatinin fəaliyyətini xüsusilə vurğulayıb:
“Onun həyatı ilə bağlı sənədli və bədii filmlər hazırlanacaq. Bu sənət əsərinə baxanda görürük ki, o, dünyanın ən qaynar nöqtələrində olub və baş vermiş hadisələri “fotoaparatının gözü” ilə dünyaya çatdırıb.”
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da Reza Deqatinin fəaliyyətindən söz açaraq, onun Birinci Qarabağ müharibəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi xalqımızın ən ağır günlərini dünya ictimaiyyətinə çatdırmaqda böyük xidmətləri olduğunu qeyd edib.
Tədbir xalq artisti Mənsum İbrahimov, əməkdar artist Sahib Paşazadə və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.


