KOBİA yanında İctimai Şurada yeni sədr seçildi – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da iştirak edir
November 22, 2025AQSİA Tovuz rayonunda qadın sahibkarların monitorinqini həyata keçirib
November 22, 2025Forum Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Zoom platforması vasitəsilə təşkil olunub
25 noyabr 2020-ci il tarixində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” III forumu Zoom online platforması vasitəsilə keçirilib.
Forumun açılış nitqi ilə çıxış edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirin məqsədinin gəncləri sahibkarlığa təşviq etmək olmaqla yanaşı, QHT-lər, universitetlər, sahibkarlar, sərmayəçilər, özəl sektor, media və dövlət qurumları daxil olmaqla ekosistemdə fəaliyyət göstərən maraqlı tərəfləri eyni platformada birləşdirmək olduğunu qeyd edib.
Səkinə Babayeva ölkə prezidenti İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğı nəticəsində assosiasiyanın 2019-cu ildə sürətli inkişafından, 2020-ci ildə isə COVİD-19 pandemiyası və müharibə şəraitinə baxmayaraq Bakıda və regionlarda qadın sahibkarlığın inkişafı üçün bir çox maarifləndirici online görüşlərin, təlimlərin və qrant layihələrin həyata keçirildiyini bildirib.
Forumda çıxış edənlər arasında Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarlığın inkişafı istiqamətində ölkəmizdə görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Forum həmçinin beynəlxalq səviyyədə təşkil olunub. Türkiyə, Rusiya, İran, Adıgey, Özbəkistan, Latviya, Moldova, Beyrut, Əlcəzair və digər ölkələrdən çıxışçılar qadın sahibkarlığın inkişafı istiqamətində uğurlu layihələr və yeniliklər haqqında təcrübələrini paylaşdı. 20-dən artıq ölkənin nümayəndəsinin və səfirlərinin iştirakı forumun beynəlxalq əhəmiyyətini göstərib.
Tədbirin sonunda AQSİA tərəfindən icra olunmuş fəaliyyətlərə dair video nümayiş təqdim olunub.



