AQSİA üzvləri Bərdədə müvəqqəti məskunlaşan soydaşlara dəstək olub
November 22, 2025AQSİA “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” III forumunu keçirib
November 22, 2025Sahəvi assosiasiyalar və qeyri-hökumət təşkilatları sahibkarların iqtisadi imkanlarını müzakirə edib

KOBİA yanında İctimai Şurada təmsil olunan sahəvi assosiasiyalar və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov KOBİA yanında İctimai Şuranın yeni sədri seçilib.
Növbəti iki il ərzində İctimai Şurada Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, Azərbaycan Banklar Assosiasiyası, “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi, MÜSIAD-ın Azərbaycan şöbəsi, “Kiçik və orta biznes subyektləri və klublarının assosiasiyası” İctimai Birliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeciləri Assosiasiyası və Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası daxil olmaqla 15 sahibkarlar assosiasiyası və QHT təmsil olunacaq.
İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, koronavirus pandemiyası 2020-ci ildə Azərbaycanda biznes ictimaiyyəti üçün müəyyən çətinliklər yaradıb. O qeyd edib ki, sahibkarlar fəaliyyətlərini yeni iqtisadi reallıqlara və çağırışlara uyğunlaşdırmalıdır.
Həmçinin vurğulanıb ki, 2-ci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı KOB-lar üçün yeni imkanlar açır və sahibkarlar bu ərazilərdə biznesin qurulmasında aktiv iştirak etməlidirlər.
İctimai Şuradan gözləntilər sırasına daxildir: KOBİA-nın fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, dövlət və özəl sektor arasında dialoqun genişləndirilməsi, KOBİA-nın dəstək mexanizmlərinin sahibkarlara təqdim olunması və istifadəsinin təşviqi, müxtəlif mövzularda tədbirlərin təşkili.

