AQSİA sədri Səkinə Babayeva doğum günündə cəbhəyanı bölgədə səfərdə olub
November 22, 2025KOBİA yanında İctimai Şurada yeni sədr seçildi – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da iştirak edir
November 22, 2025Azərbaycan qadın sahibkarları zərərçəkmiş ailələr üçün humanitar yardım paylayıblar
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Bərdə rayonunda müvəqqəti məskunlaşan soydaşlarımıza dəstək olmaq məqsədilə baş çəkiblər.
Bərdə rayonu 8 saylı orta məktəbdə təşkil olunan görüşdə AQSİA sədri Səkinə Babayeva, təsisçilər Jalə Hacıyeva, Cəmilə Abdullayeva, İdarə Heyətinin üzvləri Təranə Paşayeva, Sevda Nəcəfova, Ulduzə Xanlarova, Pərvanə İsgəndərova, İlhamə Şirinova, Rüxsarə Axundova və Pərvanə Mustafayeva iştirak ediblər.
Görüş zamanı çıxış edən Səkinə Babayeva bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tezliklə işğal altında olan torpaqları azad edəcək:
“Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və beynəlxalq hüququn bütün tələblərini kobud şəkildə pozur. Azərbaycan öz doğma yurd-yuvalarının işğaldan azad olunması istiqamətində böyük əzm və iradə ilə mübarizə aparır. Yaxın günlərdə Qarabağ tamamilə işğaldan azad olunacaq və Qələbə bayramını Şuşada qeyd edəcəyik.”
AQSİA sədri həmçinin Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndirərək qardaş ölkəyə təşəkkürünü bildirib.
Görüşdə AQSİA tərəfindən humanitar yardım paylanıb: soydaşlar yorğan, döşək, yastıq, idman dəstləri, böyük və uşaq alt paltarları, kurtkalar, kalqotkalar, dəsmal, şal, pampers, sabun, şampun, birdəfəlik qab dəstləri, ağcaqanad dərmanı və digər gündəlik ehtiyac məhsulları ilə təmin olunublar.



