Gədəbəyli qadınlar Lahıc qəsəbəsində kənd turizmi təcrübə səfərində iştirak etdilər
November 21, 2025Rabitəbank regionlarda sahibkarlarla görüşlərini davam etdirir
November 21, 2025Səkinə Babayeva və digər nümayəndələr iqtisadi əməkdaşlıq və sahibkarlığın inkişaf imkanlarını müzakirə ediblər
16 iyul 2019-cu il tarixində Ziraat Bankın konfrans zalında TÜİB, ATİB, MÜSİAD üzvü olan və digər iş adamlarının iştirakı ilə görüş keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cənab Erkan Özoral, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, Türkiyənin millət vəkilləri və iş adamları iştirak ediblər.
Görüşün açılış çıxışını Ziraat Bank Azərbaycan prezidenti Avni Demirci edib. Daha sonra çıxış edən Erkan Özoral və TBMM Xarici İşlər Komitəsinin sədri Volkan Bozkır Azərbaycanın iş adamlarının fəaliyyətini, qarşılaşdıqları çətinlikləri və əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar. Müzakirələrdə yüksək gömrük faizləri, imtiyazlı ticarət üstünlükləri və geniş məhsul siyahıları kimi mövzulara toxunulub.
Tədbirdə Necmettin Taşbag, TÜİB üzvləri, Səkinə Babayeva və Arda Çetiner də çıxış edərək iş həyatında qarşılaşdıqları problemləri və təkliflərini bölüşüblər. Sonda son zamanlarda Gürcüstan ilə Azərbaycan sərhədində yaranan münaqişələr də müzakirə mövzusu olub.
Səkinə Babayeva çıxışında qadın sahibkarların və iş dünyasında qarşılaşdıqları çətinliklərin həlli yollarına toxunaraq, işgüzar əməkdaşlığın əhəmiyyətini vurğulayıb.



