“Fitoterapevtlər Mətbuatın Dostudur” tədbiri keçirilib
November 21, 2025Ziraat Bankda Türkiyəli və azərbaycanlı iş adamlarının görüşü keçirilib
November 21, 2025AQSİA və GİZ birgə layihəsi çərçivəsində qadın sahibkarlar turizm sahəsində biliklərini praktiki olaraq artırıblar
15-16 iyul 2019-cu il tarixlərində GİZ Beynəlxalq Alman Təşkilatı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən həyata keçirilən “Kənd turizmi” layihəsi çərçivəsində Gədəbəy rayonundan Novosaratovka, Slavyanka, Miskinli, Yenikənd və Qumlu kəndlərindən 15 qadın İsmayıllı rayonunun Lahıc qəsəbəsində təcrübə səfərində iştirak edib.
Səfər çərçivəsində iştirakçılar kənd turizmi və qonaqpərvərlik sahəsində təlim zamanı öyrəndikləri bilik və bacarıqları praktiki olaraq tətbiq ediblər. Təcrübə səfəri AQSİA-nın Regionlarla İşin Təşkili Komissiyasının direktoru Kəmalə Məmmədli, təlimçi Xanım Şabanova və Lahıc Turizm və İnformasiya Mərkəzinin rəhbəri Dadaş Əliyev tərəfindən təşkil olunub.
Təcrübə səfəri iştirakçılara turizm sahəsində yeni ideyalar öyrənmək, biznes bacarıqlarını artırmaq və gələcəkdə öz kənd turizmi təşəbbüslərini inkişaf etdirmək imkanı yaradıb.



