Peşəkar qadınlar üçün səmərəli netvorkinq bacarıqları üzrə təlim keçirilmişdir
November 21, 2025“Fəal Assosiasiya” nominasiyasında mükafat təqdim edilib
November 21, 2025Səkinə Babayevanın Beynəlxalq Qadın Klubunun 25 illik yubileyində çıxışı
Tarixə nəzər salsaq, dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Bu dövrdə cəmiyyətdə maarifçiliklə yanaşı xeyriyyəçilik də mühüm rol oynayırdı. O dövrün möhtəşəm abidəsi olan Təzəpir Məscidi də həmin xeyriyyə tədbirlərindən biri kimi Nabat xanım Rzayeva tərəfindən tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi olaraq Azərbaycan tarixində ilk dəfə qadınlara seçib-seçilmək hüququ verildi.
1908-ci ildə, Hənifə Məmmədovanın təşəbbüsü ilə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaradıldı. Bu cəmiyyət qadınların peşə öyrənməsinə və təhsil almağa dəstək olurdu.
Bütün bunların davamı olaraq, 25 il öncə yaranan Qadın Klubu, qadınların sağlamlığı, təhsilinin inkişafı və əl işlərinin işıqlandırılması sahəsində böyük dəstək göstərdi. Biz bütün bunların qarşısında baş əyirik və həmin təşkilatları, xanımları örnək alaraq, onların ənənələrinə sadiq qalaraq, 2017-ci ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasını (AQSİA) təsis etdik.
Assosiasiya olaraq, həm sosial sahədə, həm də Azərbaycan Respublikasının iqtisadi yol xəritəsini rəhbər tutaraq, ölkədə qadın sahibkarlığının inkişafına dəstək oluruq. Bu müddət ərzində AQSİA 208 tədbir həyata keçirib.
Qısaca fəaliyyətimizdən:
- “Made in Azerbaijan” brendinin tanıdılması çərçivəsində 20-yə yaxın tədbir,
- Daxili və xarici 16 memorandum,
- Beynəlxalq təşkilatlarla əməkdaşlıq,
- Sosial layihələr və tərəfdaşlıqlar.
Assosiasiya sayəsində şimal rayonlarından 12, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarından 30, eləcə də 60-a yaxın kiçik əl işləri ilə məşğul olan sənətkar fərdi sahibkar statusu qazanmışdır.
Bizə hər zaman mənəvi dəstək olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk.
Çıxışı edən: Səkinə Babayeva, Beynəlxalq Qadın Klubunun 25 illik yubileyində.


