Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində benefisiar layihələrin təqdimatı və konsultant yarmarkası keçirilib
November 11, 2025Bakıda Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirilib
November 11, 2025Səfərdə Türkiyədə baş vermiş faciə ilə bağlı həmrəylik nümayiş etdirilib, AQSİA-nın Yardım Fondunun fəaliyyəti barədə məlumat verilib
Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Hicran Hüseynova, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, eləcə də assosiasiyanın idarə heyəti və komissiya rəhbərləri qardaş Türkiyədə baş verən faciə ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağcının xanımı Leyla Bağcını səfirlikdə ziyarət ediblər.
Ziyarət zamanı Səkinə Babayeva Azərbaycan qadın sahibkarlarının hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb və baş verən hadisənin heç vaxt unudulmayacağını bildirib. O, həmçinin qeyd edib ki, ölkə üzrə göstərilən dəstək və yardımlar iki qardaş xalqın sarsılmaz birliyinin və həmrəyliyinin bariz nümunəsidir.
Türkdilli Dövlətlərin Qadın Komitəsinin sədri kimi çıxış edən Səkinə Babayeva AQSİA tərəfindən yaradılmış Yardım Fondunun fəaliyyəti və toplanan vəsaitlərin zərərçəkənlərə yönəldilməsi barədə də məlumat verib.
Tədbirin sonunda Türkiyədə baş verən zəlzələnin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub və Səkinə Babayeva matəm kitabına ürək sözlərini yazıb.



