AQSİA İH sədri Səkinə Babayeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb
November 11, 2025AQSİA nümayəndə heyəti və Milli Məclis üzvləri Türkiyə səfirliyini ziyarət ediblər
November 11, 2025Forumda “A+A” layihəsi ən yaxşı layihə seçilərək 1000 avro mükafat qazanıb, iştirakçılar üçün müxtəlif masterklasslar və biznes oyunları təşkil olunub
9 fevral tarixində Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində layihə benefisiarlarının təqdimat sessiyası keçirilib. Təqdimatlar nəticəsində jüri tərəfindən ən yaxşı layihə kimi seçilən “A+A” layihəsi 1000 avro dəyərində mükafatla təltif olunub.
Forum zamanı üç fərqli mövzuda masterklass və biznes oyunları təşkil edilib:
- “Satışda özünü təqdimat: 30 saniyə ərzində özünüz haqqında necə danışmaq olar ki, sizdən almaq istəsinlər”,
- “Almaniyada qadınların biznesinə dəstək sistemi: kvotalar, qrantlar – biznes modeli və qadınların gücü”,
- “Əcnəbilər üçün Almaniyada iş tapmaq və biznes qurmaq imkanları”.
Tədbirin növbəti hissəsində keçirilən konsultant yarmarkası böyük marağa səbəb olub. Yarmarkada “BSC Consulting”, “Logix”, “EduAZ”, “BeyinİX”, “SAT Group”, “Nuray Consulting” və “Business Image Lab” kimi şirkətlər öz məhsul və xidmətlərini təqdim ediblər.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki, bu kimi yarmarkalar sahibkarlarla konsultantlar arasında əlaqələrin və netvörkinqin güclənməsinə, həmçinin gələcəkdə birgə layihələr üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.



