AQSİA “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi tədbiri keçirib
November 11, 2025Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində benefisiar layihələrin təqdimatı və konsultant yarmarkası keçirilib
November 11, 2025Görüşdə Dayanıqlı İnkişaf Məqsədləri, qadın sahibkarlara dəstək və AQSİA-nın “Qarabağ İncilərinin Avropa Sədası” layihəsi müzakirə olunub
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüş keçirib. Görüş zamanı Səkinə Babayeva AQSİA-nın fəaliyyəti və layihələri barədə ətraflı məlumat verərək bildirib ki, assosiasiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək təşəbbüslərini həyata keçirir.
BMT nümayəndəsi Vladanka Andreeva qadın sahibkarlığının dəstəklənməsi istiqamətində AQSİA-nın layihələrini yüksək qiymətləndirib və bu fəaliyyətlərin orijinal və təsirli olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanda assosiasiyaların sahəvi inkişafının əhəmiyyətinə diqqət çəkərək, AQSİA-nın bu istiqamətdə mühüm missiya daşıdığını qeyd edib.
Görüş zamanı Səkinə Babayeva “Şuşa ili” çərçivəsində həyata keçirilən və böyük maraq doğuran “Qarabağ İncilərinin Avropa Sədası” layihəsi haqqında məlumat verib və layihə çərçivəsində hazırlanmış kitabı Vladanka Andreevaya təqdim edib.



