Gəncədə qadın sahibkarlar üçün qonaqlama sahəsində təlimlər keçirilib
November 10, 2025AQSİA Mərakeş səfiri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
November 10, 2025AQSİA-nın sədri Səkinə Babayeva qadın sahibkarların şəffaf iqtisadi fəaliyyətindən danışıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda konfrans keçirilib. Tədbirdə Ombudsman Aparatının və Baş Prokurorluğun əməkdaşları, beynəlxalq təşkilatlar, biznes qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva ölkədə biznes və insan hüquqları sahəsində Ombudsman təsisatı tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib. Tədbirdə AQSİA İdarə Heyəti sədri Səkinə Babayeva isə “Şəffaf İqtisadiyyatda qadın sahibkarlığın inkişafı” mövzusunda çıxış edib. O, çıxışında assosiasiyanın əsas məqsədlərindən birinin üzvlük üçün müraciət edən sahibkarların vergi ödəyicisi olmasını və vergilərin vaxtında ödənilməsini təmin etmək olduğunu qeyd edib.



