Biznes və insan hüquqları mövzusunda konfrans keçirilib
November 10, 2025AQSİA üzvləri “Ersağ Azərbaycan” müəssisəsini ziyarət edib
November 10, 2025Səkinə Babayeva Mərakeş sahibkar qadınları ilə qarşılıqlı əməkdaşlıq perspektivlərini təqdim edib
Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş AQSİA-nın ofisində görüş keçirib. Görüş zamanı assosiasiyanın son zamanlarda həyata keçirdiyi fəaliyyətlər və beynəlxalq layihələr barədə məlumat verən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, Mərakeş sahibkar qadınlarının ölkəmizə cəlbi və yerli qadın sahibkarlarla əməkdaşlığın qurulması assosiasiya üçün prioritetdir.
Səfir Məhəmməd Adil Embarş birgə həyata keçiriləcək gələcək layihələri yüksək qiymətləndirib. Qeyd olunub ki, AQSİA ilə Mərakeş səfirliyi 2019-cu ildən etibarən davamlı əməkdaşlıq edir.



