AQSİA Heyəti Həştərxanda Heydər Əliyev adına məktəbi ziyarət edib və qadın sahibkarlığının inkişafı mövzusunda görüşlər keçirib
November 10, 2025AQSİA üzvləri arasında əməkdaşlıq müqaviləsi imzalandı
November 10, 2025Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi mövzusunda qabaqcıl təcrübələr öyrənilib
25-29 sentyabr 2023-cü il tarixlərində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndəsi, Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Kataloniya Politexnik Universitetində keçirilən təlimlərdə iştirak edib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihədə konsorsium üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyətindən ibarət 27 nəfərlik nümayəndə heyəti iştirak edib.
Təlimlərin əsas məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniyanın qabaqcıl ali təhsil təcrübələrini öyrənmək olub. Səfərin ilk günü layihənin koordinatoru Eşqin Bayramovun moderatorluğu ilə layihənin cari vəziyyətinə dair iclas keçirilib və fikir mübadiləsi aparılıb.
Təlim proqramının ikinci günü ev sahibi universitetin rəhbərliyi açılış nitqi ilə çıxış edib və layihənin ali təhsilin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. İştirakçılar Universitetin İnnovasiya İdarəetmə Xidmətinin təqdimatında iştirak etmiş, İspaniyalı sahibkarlarla görüşlər və müzakirələrdə aktiv iştirak etmişlər.
Proqram çərçivəsində MediaTIC, Intro Barcelona Activa, Barcelona Supercomputing Center, FCIM və Indl Tech kimi innovasiya mərkəzləri ziyarət edilərək fəaliyyətləri ilə tanışlıq təmin olunub. Eyni zamanda, sahibkarlıq fəaliyyətlərinin universitet strategiyasına və fəaliyyətlərinə inteqrasiyası mövzusunda təlimlər keçirilib, yekunda isə müvafiq mövzular üzrə komanda işləri nümayiş etdirilib.


