Gələcək Üçün Assosiasiyalar Akademiyasının (AFA) 3-cü mərhələsi başa çatıb
November 8, 2025“İşgüzar 5 çay”: Qadın sahibkarların problemləri və həll yolları müzakirə edilib
November 8, 2025Tədbirdə AQSİA İH sədri Səkinə Babayeva və 80-ə yaxın biznes və reklam sektoru nümayəndəsi iştirak edib; reklam bazarının vəziyyəti, açıq məkan reklamları və sahibkarların qarşılaşdıqları çətinliklər müzakirə olunub.

İyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri,Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının(AQSİA) İH sədri Səkinə Babayeva ,eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.
Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.



