Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” keçirilib
November 8, 2025“Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib
November 8, 20255 gün davam edən təlimlərdə AQSİA əməkdaşları və sədri Səkinə Babayeva iştirak edib; assosiasiyaların peşəkar idarəçilik, etika, kommunikasiya və üzvlük strategiyaları sahəsində inkişafını dəstəkləyən mühazirə və qrup işləri aparılıb.


22-26 İyul 2024-cü il tarixində Gələcək Üçün Assosiasiyalar Akademiyası(AFA) fəaliyyətinin 3-cü mərhələsi həyata keçirildi.
Təlim sessiyasına keçməzdən əvvəl #AMFA-nın Müşahidə Şurası ilə həmkar görüş keçirildi.Müşahidə şurasının sədri Cəlal Əliyev və Şuranın digər üzvləri #AMFA-nın fəaliyyəti,onun Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlər,Assosiasiyaların fəaliyyətinin təşviqi və təbliğində rolu barədə danışdılar
Gələcək Üçün Assosiasiyalar Akademiyası(AFA) fəaliyyətinin 3-cü mərhələsində keçirilən və 5 gün davam edən təlimlərdə #AQSİA əməkdaşları və Səkinə Babayeva iştirak etmişdir.
5 gün davam edən təlimlərdə “Assosiasiyaların və təşkilatların fəaliyyətində peşəkar etikanın əsas 3 qaydası”,”Münasibətlər piramidası”,”Etika kodeksi”,”Səmərəli idarəçilik”,”Lobiçillik,vəkillik və xarici kommunikasiya”,”Üzvlük strategiyaları”,”Sənədləşmənin əsasları”,”Kommunikasiya bacarıqları” kimi mövzular müzakirə olunmuş , qruplarla iş keçirələrək assosiasiyaların fəaliyyət istiqaməti üzrə inkişafına manea olan məsələlərin aradan qaldırılması üçün bir çox təkliflər irəli sürümüşdür.
Qeyd etmək istərdim ki, təlimlər sentyabr ayından etibarən davam edəcəkdir.

