AQSİA mövsümün ilk korporativ səhər yeməyini keçirib
November 8, 2025Gələcək Üçün Assosiasiyalar Akademiyasının (AFA) 3-cü mərhələsi başa çatıb
November 8, 2025Tədbirdə 100-ə yaxın QHT təmsilçisi, o cümlədən AQSİA əməkdaşı Fəridə Abbasova iştirak edib; proqram çərçivəsində layihə hazırlığı, qərar qəbulu prosesləri və ekoloji fəaliyyətlərin təşkili mövzularında təlim və praktiki qruplar təşkil olunub.



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə avqustun 15-17-də Şamaxı şəhərində “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” keçirilib.
Layihədə 100-ə yaxın QHT təmsilçisi, o cümlədən “Azərbaycanda Qadın Sahibkarlığınin Inkişafı Assosiasiyasının ” əməkdaşı Fəridə Abbasova iştirak edib.
Proqram çərçivəsindəm layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mövzularda təlimlər, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub.

