AQSİA və QİT qadın liderliyini gücləndirəcək əməkdaşlıq memorandumu imzaladı
February 18, 2026Bakıda Aqrar Biznes Festivallarının yekun tədbiri keçirilib
February 18, 2026KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyi-in dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və bu sahədə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Görüşdə süd və ət istehsalı sahəsində mövcud vəziyyət, qida təhlükəsizliyi, dövlət dəstək mexanizmləri, subsidiyalar, damazlıq heyvanların alınması, kredit imkanları və gələcək hədəflər müzakirə olunub. Sahibkarların sualları cavablandırılıb, təcrübə və təkliflər paylaşılıb.
Səkinə Babayeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası-nın İdarə Heyətinin sədri olaraq tədbirdə iştirak edib. O, qadın sahibkarların süd və ət istehsalı sahəsində aktivliyinin artırılması, mövcud problemlərin həlli və yeni təşəbbüslərin təşviqi ilə bağlı suallarını səsləndirib və təkliflərini təqdim edib.
Tədbir, bu sahədə qadın sahibkarların iştirakının gücləndirilməsi və qida təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.




