Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi keçirilib
February 18, 2026Qadın Yaradıcı Forumu 2025 uğurla başa çatdı
February 18, 202631 oktyabr 2025-ci il tarixində İstanbul İnkişaf Agentliyinin (İSTKA) dəstəyi ilə Qadın və Demokratiya Vəqfi (KADEM) tərəfindən həyata keçirilən “İnnovasiyada Qadın” Proqramının 9-cu Sahibkarlıq Düşərgəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbir çərçivəsində qadın sahibkarların innovativ ideyaları və startap layihələri qiymətləndirilib.
Mərasimdə Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, İstanbul valisi Davut Gül, KADEM İdarə Heyətinin sədri Canan Sarı, KADEM Mütevelli Heyətinin sədri Sümeyye Erdoğan Bayraktar, qadın sahibkarlar və iş dünyasının nümayəndələri iştirak ediblər.
Azərbaycandan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası-nın İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirdə münsif heyətinin üzvü kimi iştirak edərək qadınların innovativ ideyalarının reallaşmasına və iki ölkə arasında qadın sahibkarlığı sahəsində əməkdaşlığın güclənməsinə verdiyi töhfə ilə diqqət çəkib.
Tədbirin açılışında çıxış edən Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır bildirib:
“Biz milli və orijinal texnologiyalara əsaslanan, yüksək dəyərli və dayanıqlı istehsalı önə çəkən inkişaf modeli ilə güclü Türkiyəni inşa edirik. Elm və texnologiyada qadınların rolu bu inkişaf yolunun ayrılmaz hissəsidir.”
Bu il proqram çərçivəsində 225 müraciət daxil olub, onlardan 87-si ilkin mərhələdən keçib. Enerji və dayanıqlılıq, səhiyyə, təhsil, kənd təsərrüfatı və qida sahələrində texnoloji həllər təqdim edən 31 qadın sahibkar final mərhələsində mübarizə aparıb.
Düşərgə müddətində iştirakçılar intensiv təlimlərdə iştirak edərək sahə üzrə təcrübəli mentorlarla layihələrini təkmilləşdirib, kommersiyalaşma və strategiyalarını formalaşdırıblar.










