“Süd və ət istehsalı üzrə problemlər və qida təhlükəsizliyi” mövzusunda ictimai müzakirə keçirilib
February 18, 2026“Dayaq” Mükafatının təqdimetmə mərasimi keçirilib
February 18, 2026Bakıda Aqrar Biznes Festivallarının yekununa həsr olunmuş tədbir uğurla baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Sığorta Komitəsi, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili Dövlət Agentliyi və digər müvafiq qurumların rəhbər şəxsləri, millət vəkilləri, sahibkarlar və fermerlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Məcnun Məmmədov festivalların fermerlərin maliyyə və texniki resurslara çıxışının genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, KOBİA-nın sədri Orxan Məmmədli, ASK prezidenti Məmməd Musayev, “Caspian Event Organisers” şirkətinin direktoru Bəhruz Hidayətzadə və Anar Cəfərov festivalların aqrar sahədə əməkdaşlıq və inkişaf baxımından əhəmiyyətini qeyd ediblər.
Səkinə Babayeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası-nın İdarə Heyətinin sədri olaraq çıxışında festivalların qadınların aqrar sahədə və əmək bazarında fəal iştirakına yaratdığı imkanlardan danışıb, qadın fermerlərin gördüyü işləri yüksək qiymətləndirərək kənd təsərrüfatı naziri Məcnun Məmmədova təşəkkürünü çatdırıb.
Tədbir panel müzakirələri ilə davam edib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gələcək təşəbbüslər və əməkdaşlıq imkanları müzakirə olunub.













