Bakı Konqres Mərkəzində MÜSİAD Azərbaycanın 5-ci Ümumi Yığıncağı keçirilib
February 18, 2026AQSİA nümayəndə heyəti Budapeşt səfərində iştirak edib
February 18, 2026Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasının Tərəflər Konfransı (UNCAC COSP) çərçivəsində Qətərin paytaxtı Doha şəhərində keçirilən tədbirdə müşahidəçi statusu ilə iştirak edib.
UNCAC COSP beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və yaxşı idarəetmə prinsiplərinin təşviqi üzrə ən ali çoxtərəfli platformalardan biridir. AQSİA-nın iştirakı qadın sahibkarların etik biznes mühiti, dürüst rəqabət və antikorrupsiya mexanizmlərinin gücləndirilməsində rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Konfrans çərçivəsində AQSİA “Youth Integrity” – Gənc Sahibkarların Biznes Dürüstlüyü sessiyasında spiker qismində çıxış edərək təcrübəsini bölüşüb. Eyni zamanda Assosiasiya konfransın plenar iclaslarını, tematik sessiyalarını və paralel tədbirlərini izləyərək beynəlxalq tərəfdaşlarla potensial əməkdaşlıq imkanlarını qiymətləndirib.
Tədbirdə AQSİA-nın Beynəlxalq Əlaqələr və Protokol Departamentinin rəhbəri Günay Həsənli çıxış edərək qadın sahibkarların şəffaflıq, etik davranış və məsuliyyətli sahibkarlıq prinsiplərinə sadiqliyinin əhəmiyyətini vurğulayıb. Onun çıxışı Qətərdə keçirilən beynəlxalq tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
AQSİA qadın sahibkarlar arasında şəffaflıq, etik davranış və məsuliyyətli sahibkarlıq prinsiplərinin təşviqini prioritet istiqamət kimi müəyyən edir. Bu tədbir qadın sahibkarların qlobal antikorrupsiya gündəliyinə inteqrasiyası, beynəlxalq şəbəkələrin genişləndirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.







