Aqsia-da İdarə Heyətinin seçilməsi ilə bağlı seçkilər keçirilir
December 18, 2025İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi altında keçirilən “Dayaq” mükafatının təqdimetmə mərasimi keçirilib 2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə töhfə verən 17 biznes subyekti “Dayaq” mükafatı ilə təltif olunub. Mükafatlar iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən ən fəal sahibkarlara təqdim edilib. “Dayaq” mükafatının təqdimetmə mərasimində 300-dən çox iş adamı, startap nümayəndəsi, biznes assosiasiyaları,AQSİA İH sədri Səkinə Babayeva ,millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Tədbirin rəsmi açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək sahibkarlığın ölkə iqtisadiyyatındakı rolunu vurğulayıblar. Daha sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim olunub. AQSİA üzvü “Med Life Goranboy Hospital”ın direktoru Günay Mustafayeva “Uğurlu qadın sahibkar”, nominasiyası üzrə mükafatlandırılıb. Eyni zamanda tədbir çərçivəsində AQSİA İdarə Heyətinin üzvü, “Məlhəm Hospital”ın təsisçisi Sevda Əlizadə öz uğur hekayəsini iştirakçılarla bölüşüb, startaplar innovativ layihələrini təqdim edib, sahibkarlıq mövzusunda film nümayiş olunub. Tədbir çərçivəsində həmçinin “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə təşkil olunaraq, kiçik və orta biznesin qarşıdakı dövrdə üzləşəcəyi imkanlar və çağırışlar müzakirə edilib.













