Bakıda Azərbaycan-Rumıniya Biznes Forumu Keçirilib
November 28, 2025AQSİA-nın sahibkar xanımları Şimali Kipr Türk Respublikasında səfərdə olub
November 28, 2025AQSİA-nın təşkilatçılığı ilə qadınlar öz bizneslərini qurmaq və idarə etmək üzrə biliklərini artırıblar
Avqustun 8-9-da Qubada və 10-11-də Xaçmazda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) “Biznes idarəçiliyi (kiçik biznesə necə başlamalı) və maliyyə savadlılığı” mövzusunda təlim keçirib. Təlimdə Xaçmaz və Quba rayonlarından 30-dan çox qadın iştirak edərək öz bizneslərinə başlamaq və biznes plan hazırlamaq üzrə biliklərini artırıblar.
Təlim “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi həssas vəziyyətdə olan qadınların bərabər iqtisadi imkanlarını təmin etmək və onları gücləndirməkdir.
Təlim Beynəlxalq Əmək Təşkilatının “Biznesinə başla və təkmilləşdir” moduluna əsaslanıb. İştirakçılar biznes ideyalarının formalaşdırılmasını, bazar araşdırmalarının aparılmasını və marketinq strategiyasının hazırlanmasını öyrəniblər. Təlim zamanı həmçinin gender stereotipləri haqqında maarifləndirmə aparılıb.
Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil olunub. Məzmuna görə bütün məsuliyyət yalnız BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fonduna aiddir və məzmun Avropa İttifaqının mövqeyini əks etdirməyə bilər.


