Azərpoçt və AQSİA əməkdaşlıq perspektivlərini müzakirə ediblər
November 28, 2025AQSİA üzvləri Ağdamda şəhid ailələrini ziyarət ediblər
November 28, 202529 aprel tarixində USAID Azerbaijan-ın təşkilatçılığı ilə “Liderlik və Qadınların İqtisadi Gücləndirilməsi” mövzusunda onlayn vebinar keçirilib.
Tədbirdə Qadın İqtisadi Səlahiyyətləndirmə Mərkəzinin Baş Proqram nümayəndəsi Connie Gonzales və USAID Azərbaycan nümayəndəsi Şəlalə Kamilova qadınların iqtisadi rollarının və liderlik bacarıqlarının gücləndirilməsi ilə bağlı təcrübə və biliklərini paylaşmışlar.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva assosiasiyanı təmsil edib və qadınların iqtisadi gücləndirilməsi istiqamətində müşahidə və tövsiyələrini vebinar iştirakçılarına çatdırıb. O, həmçinin yeni strategiyaların hazırlanması üçün AQSİA tərəfindən beynəlxalq təcrübələrin araşdırıldığını qeyd edib.
Vebinarda ölkənin müxtəlif regionlarından AQSİA üzvü sahibkar qadınlar də iştirak edib.



