Səkinə Babayeva Ankarada keçirilən Azərbaycan-Türkiyə biznes forumunda iştirak edib
November 28, 2025Naftalada şəhid ailələri və müharibə iştirakçıları ziyarət edilib
November 28, 20255 fevral 2021-ci il tarixində FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində icra olunacaq “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinin təqdimatı keçirilib. Layihənin məqsədi kənd təsərrüfatı və aqrar sahələrdə qadınların rolunu artırmaq, qida təhlükəsizliyinə töhfə vermək, gender bərabərliyini təmin etmək və dayanıqlı inkişafı dəstəkləməkdir.
“Qadınların iştirakı ilə icmaların inkişafı” çağırışı ilə həyata keçiriləcək layihənin təqdimatında layihə nümayəndələri, qadın fermerlər və qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak edib.
Zoom proqramı vasitəsi ilə keçirilən tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, AQSİA-nın kənd təsərrüfatı sahəsində qadın sahibkarların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verib.


